Аналитика Telegram-канала
Подписчики
2 560
Охват за 24 ч
148
ER за 24 ч
5,78%
Публикаций
1 366

Динамика подписчиков

7 дней 30 дней 6 месяцев Больше
30 окт2 ноя5 ноя
Показаны последние 7 дней Больше истории →

Охваты публикаций

16.1016.1026.1004.11
139
Средний охват
156
Лучший результат
Показаны 4 публикации — последние в канале Больше статистики →

Упоминания

120
Упоминаний
102
Из них репостов
18
Каналов
Все упоминания

Последние посты

3 из 1 366 2 из 1 366
Фото
Şübhəsiz ki, Trampın siyasi portreti gələcək siyasi ədəbiyyatda saysız-hesabsız müzakirələrə yol açacaq. Həqiqətən də Tramp fenomeni, xüsusilə onun ikinci prezidentlik dövrü müasir siyasət üçün bir anomaliyadır. Birincisi, siyasi dil məsələsidir. Tramp böyük siyasətdə ənənəvi Avropa aristokratik diplomatiyasının dilini küçə dili ilə əvəzləyib. Hətta BMT tribunasından belə dünya siyasəti və digər ölkələrin liderləri haqqında danışarkən küçə leksikonundan, söyüşlərdən istifadə etməkdən çəkinmir. Ümid edirəm ki, Trampın bu üslubu gələcəkdə siyasi trendə çevrilməyəcək. İkincisi, Tramp ABŞ-ın onilliklər boyu qarşı çıxdığı, digər ölkələri ittiham etdiyi siyasi davranışları və meyilləri mənimsəyib. Avtoritarizm, şəxsiyyətə pərəstiş, dinin siyasi istismarı, intim skandallar, rüşvət, korrupsiya, qızıl heykəllər, şəxsi maraq üçün bahalı tikintilər… Vaxtilə Vaşinqtonun başqa ölkələrdə tənqid etdiyi məsələlər sanki tarixin bir ironiyası olaraq Ağ Evdə təzahür edib. Üçüncüsü, Tramp siyasətin adətən pərdə arxasında qalan tərəflərini bütün çılpaqlığı ilə ictimaiyyətin gözü önünə sərir. Kimi öz vassalı hesab etdiyini, kimin nə qədər pul təklif etdiyini, kimə nə vəd verdiyini böyük fəxarətlə bəyan edir. Bir sözlə, Tramp siyasətin yazılmamış qaydalarını öz təfəkkürünə uyğun kökündən dəyişmək istəyir. Amma Trampın məqsədi təkcə siyasəti üslub baxımından dəyişmək deyil, həm də geosiyasi tarixdə daim xatırlanacaq “irs” qoymaqdır. Venesuela, Kuba və İran kimi onillərdir davam edən problemləri həll etmək cəhdləri, Qrenlandiya kimi yeni ərazilərin ilhaqı ilə bağlı iddialar, coğrafi adların dəyişdirilməsi… Trampın tez-tez özünü ABŞ tarixinin ən mühüm prezidentləri ilə müqayisə etməsi də təsadüfi deyil. Hətta daha da irəli gedərək, özünü yarıtanrı statusunda görməyə başlayıb. Təbii ki, 2024-cü ildəki sui-qəsddən möcüzəvi şəkildə sağ çıxması da bu məsələdə mühüm rol oynayıb. Trampın Amerika sosial-siyasi tarixində önəmli yer tutan “Vəhşi Qərb” təfəkkürünü ölkəsinin geosiyasi supergüc statusuna tətbiq etməyə çalışdığı “kovboy diplomatiyası” İran məsələsində daşa dəydi. Həm Netanyahunun, həm də ətrafına topladığı ticarətçilərdən ibarət xarici siyasət komandasının təhriki ilə İran məsələsində yanlış yol seçdi və xüsusən Hörmüz Boğazında oynadığı qumarın bədəlini Konqresi itirməklə ödədi. Dünyanın amerikan “şerifi” kimi tarixdə qalmaq istəyən Tramp, amerikan siyasi terminologiyası ilə desək, “topal ördəyə” çevrildi. Bu arada, Amerika cəmiyyətinin seçki davranışına dair məşhur reallığa bir daha şahidlik etdik: səhnədə nə danışılmasından, hansı ucuz şounun oynanılmasından, hansı maskaradın təşkil olunmasından asılı olmayaraq, seçicinin cibinə toxunan siyasətə rəhm edilmir. Hətta respublikaçıların ən güclü olduğu əyalətlər belə, iqtisadiyyatdakı problemləri Trampa bağışlamadılar. Bundan sonra necə olacaq? Şərtlər dəyişsə də, Trampın xarakteri çətin ki, dəyişə. Əli xeyli zəifləsə də, düşünürəm ki, Tramp bundan sonra da “irs qoymaq” üçün avantürist xarici siyasəti davam etdirməyə çalışacaq. Bu mənada, yanvar ayında Konqresin yeni tərkibi formalaşanadək İran məsələsində daha bir hərbi addımın atılması da istisna deyil. Adətən Tramp kimi fenomenlərin yüksəlişi kimi, süqutu da özünəməxsus olur. Məncə, “Tramp şousu”nun sonluğu da səs-küylü bitəcək. @serqebaxis
ещё
148 1 7 4 ноя, 21:47
Yaxın Şərqin dini münaqişələrini və siyasi mənzərəsini Qüdsün (Yerusəlimin) tarixinə bələd olmadan anlamaq mümkün deyil. İbrahimi dinlərin ortaq müqəddəs şəhəri olan Qüds təkcə dini deyil, geosiyasi baxımdan da xüsusi önəm kəsb edir. Tarix boyu Qüdsə nəzarət siyasi prestij göstəricisi olub, şəhərin bir imperiyadan digərinə keçməsi çox vaxt Yaxın Şərqdə hegemoniyanın əl dəyişdirməsini əks etdirib. Bir vaxtlar katolik rahibəsi olmuş ingilis yazıçısı Karen Armstronqun 1996-cı ildə çap olunmuş “Yerusəlim: bir şəhər, üç din” kitabı Qüdsün tarixini anlamaq üçün ən fundamental əsərlərdən biridir. Kitab Qüdsün dini tarixini yalnız İbrahimi dinlərlə məhdudlaşdırmır. Müəllif şəhərin və regionun daha qədim bütpərəst və çoxtanrılı inanclarına, miflərinə, dini ayinlərinə, Baal və Molox kultlarına da geniş yer ayırır. Bu inancların sonrakı dini ənənələrdə buraxdığı izləri araşdıraraq Qüdsün dini keçmişini daha geniş tarixi və müqayisəli perspektivdən təhlil edir. Kitabın böyük həcmini nəzərə alaraq yazının ilk hissəsində Yerusəlimin yəhudilik dövrünə müasir İsrailin strategiyası prizmasından nəzər salmaq istərdim. Aydındır ki, qədim İsraili bilmədən çağdaş İsrail dövlətinin siyasi davranışını, təhlükəsizlik düşüncəsini və strateji hesablamalarını anlamaq mümkün deyil. Burada məqsədim çağdaş İsraili qədim İsrailin dövlətçilik baxımından birbaşa varisi kimi təqdim etmək deyil. Söhbət 1948-ci ildə müasir İsrail dövlətini quran, eləcə də hazırda idarə edən elitaların ailədə və məktəbdə mənimsədikləri, dünyagörüşlərinin formalaşmasına təsir edən qədim İsrailə dair dini mətnlərdən, tarixi rəvayətlərdən və təsəvvürlərdən gedir. Əvvəlcə şəhərin adından başlayaq. Müəllifin istinad etdiyi izaha görə, “Yerusəlim” adı qədim Suriya və Kənan dini mühitində tanınan Şalem tanrısı ilə bağlıdır və “Şalemin qurduğu” mənasını daşıyır. Arxeoloji qazıntılar da Yerusəlimin qədim Kənan şəhəri kimi mövcud olduğuna işarə edir. Yəhudi müqəddəs mətnlərinə görə, peyğəmbər və sərkərdə Davudun şəhəri ələ keçirməsindən əvvəl isə Yerusəlim yebusilərin nəzarətində idi. Beləliklə, həmin mətnlərin özündə də israillilər şəhərin ilk sakinləri kimi deyil, sonradan ona hakim olan toplum kimi təqdim edilirlər. Sonradan hakim olduqları bu şəhər təxminən e.ə. 1000-ci ildən eramızın 70-ci ilinədək uzanan minillikdən artıq dövr ərzində israillilərin dini və siyasi həyatının mərkəzi olmuş, Tanrının vəd etdiyi və qoruyacağı müqəddəs məkan kimi qəbul edilmişdi. Bu bağlılıq şəhərin itirilməsinə də xüsusi məna verirdi: Yerusəlimin süqutu hərbi məğlubiyyətlə yanaşı, dini və milli fəlakət kimi yaşanırdı. Qədim israillilər bu miqyasda iki böyük fəlakətlə üzləşmişdilər. E.ə. 586-cı ildə Babil hökmdarı II Nebukadnezarın qoşunları Birinci Məbədi, eramızın 70-ci ilində isə romalılar İkinci Məbədi dağıdaraq Yerusəlimi viran qoymuşdular. Bu dağıntılar şəhər əhalisinin kütləvi qırğını, əsarəti və məcburi köçü ilə nəticələnmişdi. Hər iki Məbəd dövrü fərqli tarixi şəraitdə sona çatsa da, diqqətçəkən oxşarlıqlar da var idi. Qədim İsraildə hakim qüvvələr əvvəlcə regionun hegemon imperiyası ilə hesablaşırdılar. Sonradan müstəqilliyə can atan siyasi-dini çevrələr isə hegemona meydan oxumağı seçdilər. Lakin başları daxili çəkişmələrə qarışdığından regionda cərəyan edən prosesləri və qarşılarındakı gücün imkanlarını düzgün qiymətləndirə bilmədilər. Hegemonlara dair yanlış hesablamalar ağır fəlakətlərlə nəticələndi. Qədim dağıntı və sürgün yaddaşının Holokost travması ilə birləşməsi çağdaş İsrailin hakim elitalarının düşüncəsində dövlətin taleyi ilə xalqın fiziki varlığını eyniləşdirir: dövlətin itirilməsi yeni bir kütləvi məhvin başlanğıcı kimi qavranılır. Bu mənada müasir İsrailin hakim təbəqəsinin Yaxın Şərqi daim nəzarətdə saxlamaq istəyinin və mümkün təhdidlərə qarşı aqressiv önləyici addımlar atmasının siyasi və psixoloji səbəblərini həmin tarixi yaddaşda axtarmaq olar. Regional nüfuzlarını artırmağa çalışan İran və Türkiyə kimi dövlətlərin potensial düşmən kimi dəyərləndirilməsini də bu məntiqlə izah etmək mümkündür. Başqa sözlə, bu elitaların strategiyasının mərkəzində təxminən iki min il sonra yenidən ələ keçirilmiş Yerusəlimdə “üçüncü dağıntı”ya yol aça biləcək istənilən təhdidi yerindəcə boğmaq məntiqi dayanır. İsrailin xüsusilə dindar və sağcı elitaları bu narahatlığı açıq şəkildə dilə gətirirlər. Digər tərəfdən, qədim İsrailin yüksəliş dövrləri ilə müasir İsrail arasında diqqətçəkən bənzərliklər də var. Belə ki, hər iki örnəkdə geniş iqtisadi imkanlar, texnoloji yeniliklər və güclənən hərbi potensial ərazi genişlənməsi və hegemondan müstəqillik ambisiyalarının həyata keçirilməsində rol oynamışdır. Tarix boyu bir çox dövlətin oxşar ambisiyaları da məhz bu amillərə söykənmişdir. Bununla belə, qədim İsrail təcrübəsi siyasi ambisiyaları real güc imkanları ilə uzlaşdırmamağın fəlakətli nəticələrini göstərir. Bu yanlış hesablamalarda dini ideologiyadan qaynaqlanan seçilmişlik, başqalarına qarşı mənəvi üstünlük və ilahi himayəyə arxayınlıq düşüncəsinin rolunu da nəzərə almaq lazımdır. Armstronqun təsvir etdiyi zelotlar Tanrının Yerusəlimi qoruyacağına və Məbədin toxunulmazlığına inanaraq şəhərin süqutunu mümkünsüz sayırdılar. Çağdaş İsraildə xüsusilə sağcı və dindar qrupların mənimsədiyi müqəddəs torpaq və tarixi missiya təsəvvürləri də siyasi birliyi gücləndirməklə yanaşı, öz maddi və mənəvi gücünə həddindən artıq arxayınlığı qidalandırır. Ümumiyyətlə, siyasi quruluşların süqutu çox vaxt ərazi itkisi və kiçilmə ilə izah olunsa da, real güc imkanlarını aşan genişlənmə və siyasi ambisiyalar üzündən özünü məhvə sürükləmiş güc mərkəzlərinin sayı da az deyil: məsələn, Napoleon Fransası, H*tler Almaniyası və Yaponiya imperiyası… Çağdaş İsrail örnəyində məhvolma qorxusu hakim elitaları təhlükəsizliyin təminatını region üzərində daimi üstünlükdə axtarmağa sövq edir. Bu daimi axtarış isə ambisiyaların real güc imkanlarını aşması riskini daşıyır. Bu baxımdan, fikrimcə, müasir İsrailin siyasi gələcəyini də iki əsas amil müəyyən edəcək. Birincisi, Yaxın Şərqdəki genişlənmə strategiyasının harada dayanacağıdır. Qərbi Şəriyyə, Litani çayına qədərki ərazilər və Qolan təpələri kifayət edəcəkmi? İkincisi, ABŞ-la münasibətlərin gedişatıdır. Məlumdur ki, ABŞ-ın hərbi və diplomatik dəstəyi İsrailin regional manevr imkanlarının mühüm dayağıdır. Bununla belə, Amerika cəmiyyətində İsrailə münasibətdəki dəyişiklikləri və onların mümkün siyasi nəticələrini yanlış qiymətləndirmək Vaşinqtonla əlaqələri hətta qarşıdurmaya sürükləyə bilər. Hər halda, İsraildə ağlı başında olan heç kimsə ABŞ-ın başlıca xarici dayaqdan mövcudluğu təhdid edən hegemon gücə — yeni bir Babilə və ya Romaya çevrilməsini istəməz. Məncə, Armstronqun qədim İsrail tarixinə dair təsvirindən çıxara biləcəyimiz əsas siyasi nəticə budur: dövlətin yaşaması üçün təhlükəni görmək qədər öz gücünün limitlərini bilmək də həyati önəmdədir.
ещё
96 2 2 6 26 окт, 23:37
Əslində, qədim dinləri günümüzə qədər yaşadan məğz də insanlığın ölümün o tayında nə olduğu sualına hələ də qəti cavab tapa bilməməsidir. Bu sual cavabsız qaldıqca, ona cavab verməyə çalışan dini düşüncənin də gündəmdən çıxmasını gözləmək sadəlövhlük olardı. Axı bir düşüncəni yalnız başqa bir düşüncə əvəzləyə və ya ortadan qaldıra bilər. Fəlsəfi cızmaqaradan gündəmə qayıdası olsaq, Füllerin din-siyasət formulundan çıxış edərək hicab məsələsinə və dinin ictimai həyatdakı digər təzahürlərinə dövlətin nəzarət etmək istəyini izah etmək mümkündür. Lakin burada nəzarətin məramı ilə yanaşı, onun metodları, zamanlaması və doğura biləcəyi nəticələr də incəliklə hesablanmalıdır. Qloballaşmanın hər birimizin evinə və beyninə nüfuz etdiyi, dini münaqişələrin getdikcə alovlandığı, eyni zamanda regional dövlətlərin dini ideologiyalarını ixrac etdiyi bir şəraitdə doğru hesablanmayan nəzarət mexanizmləri dini kəsimləri xarici müdaxiləyə daha həssas vəziyyətə sala bilər. Üstəlik, fərdi dini etiqadla siyasi məqsədlərə xidmət edən dini fəaliyyətin eyni təhlükəsizlik prizmasından qiymətləndirilməsi dövlətin qarşısını almağa çalışdığı riskləri daha da dərinləşdirə bilər. Çünki yuxarıda da qeyd etdiyimiz kimi, dinə baxış plastilin kimidir. Ancaq bu plastilini istədiyin formaya salmaq heç də həmişə arzuolunan nəticəni vermir. Bir tərəfini sıxdıqca, digər tərəfi daha çox şişə bilər. Dünən süfrədən qovduğun, sabah masanın başında qarşına çıxa bilər. Nəzərə almaq lazımdır ki, 11 sentyabr hadisəsindən sonra İslama qarşı qlobal mübarizənin və repressiyanın simvoluna çevrilən Nyu Yorku 25 il sonra müsəlman kimliyi ilə öyünən bir mer idarə edir. Əslində, bu fakt Füllerin kitabında irəli sürdüyü fikirləri də yada salır. Müəllif hələ kitabın nəşr olunduğu 2010-cu ildə İslamın beynəlxalq siyasətdəki rolunun davam edəcəyini, geosiyasi şərtlər dəyişərsə, Qərbin İslama münasibətinin müsbət istiqamətdə dəyişə biləcəyini irəli sürürdü. Həqiqətən də, həmin dövrün ayaq səsləri artıq yavaş-yavaş eşidilir. Sürətlə dəyişən geosiyasi şəraitdə əsas məsələ təkcə dinə hansı forma verilməsi deyil, eyni zamanda onun hansı formalara düşə biləcəyini də doğru anlamaqdır. Çünki sabahın çağırışlarını dünənin təsəvvürləri ilə ram etmək mümkün olmaya bilər. @serqebaxis
ещё
155 1 2 9 16 окт, 00:11
Больше постов

Продолжить анализ этого канала

  • История роста подписчиков
  • Просмотры и охваты публикаций
  • Кто упоминает канал и кого упоминает он
  • Похожие каналы и подбор для рекламы
Открыть аналитику
Демо до 14 дней