Тарифы до −50% до 30.11
Аналитика Telegram-канала
Подписчики
1 833
Охват за 24 ч
361
ER за 24 ч
19,69%
Публикаций
2 176

Динамика подписчиков

7 дней 30 дней 6 месяцев Больше
21 ноя24 ноя27 ноя
Показаны последние 7 дней Больше истории →

Охваты публикаций

23.1125.1125.1126.1126.1127.11
64
Средний охват
91
Лучший результат
Показаны 6 публикаций — последние в канале Больше статистики →

Упоминания

457
Упоминаний
429
Из них репостов
23
Каналов
Все упоминания

Последние посты

3 из 2 176 2 из 2 176
Məxfi qurumlara dair Deməli dövlət büdcəsinə Hesablama Palatasının rəyində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərclərində cari ilin 8 ayında maliyyələşməyən layihələr üzrə sifarişçilər arasında “1 məxfi qurum” qeyd olunub. Bu ilk dəfə etdiyi bir şey deyil. Sadəcə maraqlıdır, ölkədə hansı qurum məxfi ola bilər? Adətən bu və ya digər qurumun fəaliyyəti məxfi olur, maliyyəşmə məqsədi məxfi ola bilər, amma qurum necə məxfi ola bilər? Yəni bu qurum ümumi nazirliklərin strukturunda qeyd olunmur (düzdür, bizdə hətta nazirliklərin strukturu az qala məxfidir)? Bu necə ola bilər? Çox qəribədir. Bununla belə bu məxfi qurum görünür ki, çox da vacib deyil. Növbəti dəfə müvafiq məxfi qurumun 4 layihəsi üzrə 1.87 milyon manat həcmində maliyyəşmə həyata keçirilməyib.
ещё
11 0 1 27 ноя, 09:54
Oyundan həzz aldın və nəticədə bütöv bir saat boş-boşuna dayandın. Oyunun bütün ləzzəti yox olur və yalnız bu mənasız maneələri necə keçmək barədə düşünürsən. Mən “Koroğlu” stansiyasına gedirdim. Bakı Metropoliteninin məlumatına görə, iş saatının uzadıldığı 1 saat ərzində bu stansiya 13 749 sərnişin qəbul edib. Metroda bir qatarın tutumu 1617 nəfərdir. Başqa sözlə, söhbət 9-10 qatardan gedir, artıq yox. Yəni maksimum 20 dəqiqəyə yola salına biləcək 9-10 qatar üzündən mən bütöv bir saat küçədə ilişib qaldım.
ещё
55 0 1 26 ноя, 16:44
Dünən Bakıda “Sabah” – “Barselona” oyunu keçirildi. Bu oyun azərbaycanlılar və Avropaya getmək imkanı olmayan qonşu ölkələrdən olan insanlar üçün belə böyük bir klubu canlı görmək baxımından böyük şans idi. Rəsmi məlumatlara görə, oyunu 66 321 tamaşaçı izləyib. Bu, stadionun rekordu olmadı: rekord göstərici doqquz il əvvəl “Roma” ilə oyunda qeydə alınıb – 67 200. Amma burada vacib bir məqamı qeyd etmək lazımdır. “Roma” ilə oyundan fərqli olaraq bu oyun ölkəyə qat-qat çox gəlir gətirdi. Stadionda olanlar təsdiqləyər ki, tribunalarda xeyli əcnəbi var idi. Oyundan bir gün əvvəl mən Antalyadan “Pegasus” reysi ilə Bakıya uçurdum və sərnişinlərin mütləq əksəriyyəti “Barselona”ya baxmağa gələn qazaxıstanlılar idi (yeri gəlmişkən, Astanadan Bakıya AZAL-ın birbaşa reysi var, amma Antalya vasitəsilə “Pegasus” ilə uçmaq daha sərfəli idi). Bizimlə eyni vaxtda hava limanına daha 3 reys endi və onların sərnişinlərinin də xeyli hissəsi “Barselona”ya baxmağa gələn rusiyalılar, qazaxıstanlılar, özbəkistanlılar və s. idi. “Roma”nın oyununa onlar gəlməmişdilər. Başqa sözlə, “Barselona”nın gəlişi həm turizm sahəsinə, həm ictimai iaşəyə və s. xeyli qazanmağa imkan verdi. Amma həmişəki kimi, böyük tədbir təşkil olunanda ciddi problemlər olmasa, biz də biz olmarıq. Adətən iTicket tətbiqində bileti hələ evdə açıram, amma bu dəfə necəsə yadımdan çıxdı və yalnız stadiona yaxınlaşanda açdım. Təəssüf ki, hamının qarşılaşdığı problemlə üzləşdim: internet işləyir, amma biletlər tətbiqdə görünmür. Şansım gətirdi ki, stadiona çatana qədər (bunun üçün 29 dəqiqə lazım oldu) biletlər göründü və rahat keçdik. Mən məsuliyyətli insan kimi oyunun başlamasına 1 saat 14 dəqiqə qalmış gəlmişdim. Əksəriyyət isə düz oyunun başlamasına gəlir. Onlar da iTicket-in serverlərinin işləməməsi ilə üzləşdilər. Nəticədə xeyli insan girişdə ilişib qaldı və ya öz yerini tapa bilmədi (stadionda birinci hissə ərzində bu barədə dəfələrlə elan edildi). Bu artıq ənənədir: hər dəfə böyük tədbir, böyük satış olanda iTicket-in serverləri çökür. Yeri gəlmişkən, əvvəllər biletləri emailə göndərirdilər, amma indi, görünür, xüsusilə “ağıllı” bir menecer öz KPI-larını artırmaq qərarına gəlib və hamını tətbiqə yönləndirir. Pul ayırıb serverlərin işini təmin etmək isə, əlbəttə, “mümkün” deyil. Nəyə lazımdır xərc çəkmək, onsuz da belə tədbirlər “ayda-ildə bir dəfə” olur. Nəticədə şirkət biabır olur. Bizdə rəqabətli bazar olsaydı, belə vəziyyət şirkət üçün ciddi zərbə olardı. İnhisar olanda isə fikirləşməyə ehtiyac yoxdur. Nə olsun ki, adi insanlar əllərində bilet olduğu halda stadiona girə bilmirlər. Bu, onların problemidir, əsas odur ki, biz öz 10%-imizi qazandıq. İnsanların əziyyət çəkməsi ölkənin turizm imicinə mənfi təsir göstərir? Əşi, ilk dəfə deyil. Yaxşı, tətbiqlə problem həll olundu (üstəlik bizim internet provayderləri bir yerdə 70 min nəfər üçün internet təmin edə bilmirlər. Tarifləri artırmağa gəldikdə isə dərhal hazırdırlar. Xidməti təmin etmək isə – ay, bizə çətindir). Oyundan həzz almaq olar. Oyun bitdi, getmək vaxtıdır və birdən... Stadiondan saat 23:50-də çıxdım, metroya saat 01:00-da çatdım. Normalda maksimum 15 dəqiqə (dolama yollarla getsən, 29 dəqiqə) çəkən yol məndən 1 saat 10 dəqiqə vaxt aldı. Çünki bizdə insan axınlarını idarə etməyi bacarmırlar. Bakı 65 mindən çox tamaşaçı tutan stadionu olan dünyada yeganə şəhər deyil (ChatGPT deyir ki, belə şəhərlər 100-dən çoxdur). Bir çox şəhərdə 60 mindən çox insanın gəldiyi oyunlar və ya konsertlər hər həftə keçirilir. Və onların heç birində belə problemlər yaranmır. Üstəlik, bir çoxunda metro stansiyaları az qala stadionun altında və ya stadiondan 5 dəqiqəlik məsafədə yerləşir. Bu oyun belə ilk tədbir olsaydı, təcrübəsizliyin üzərinə yıxmaq olardı. Amma axı bu, nə birinci, nə ikinci, hətta nə də üçüncü belə tədbirdir. Hər dəfə isə eyni problemlə üzləşirik. Elə həmin “Barselona”dan soruşmaq olardı ki, bəs onlar öz stadionlarının ətrafında axının öhdəsindən necə gəlirlər? Öyrənmək çətindir? Yoxsa yenə də – bu, bizə lazım deyil, əsas odur ki, stadiona daha çox polis toplayaq?
ещё
54 0 2 26 ноя, 16:44
Больше постов

Продолжить анализ этого канала

  • История роста подписчиков
  • Просмотры и охваты публикаций
  • Кто упоминает канал и кого упоминает он
  • Похожие каналы и подбор для рекламы
Открыть аналитику
Демо до 14 дней