Аналитика Telegram-канала
Подписчики
207
Охват за 24 ч
165
ER за 24 ч
79,71%
Публикаций
78
Динамика подписчиков
7 дней
30 дней
6 месяцев
Больше
15 ноя18 ноя21 ноя
Показаны последние 7 дней
Больше истории →
Охваты публикаций
13.1117.1117.1117.1120.1121.11
59
Средний охват
93
Лучший результат
Показаны 6 публикаций — последние в канале
Больше статистики →
Упоминания
15
Упоминаний
14
Из них репостов
5
Каналов
3
Упоминаний за 90 дней
3
Из них репостов
2
Каналов за 90 дней
Последние посты
3 из 78 2 из 78● Seyid Xoyinin #vəhdətul_vücud barədə sözlərinin davamında başqa bir məna və ehtimal da qeyd olunur:
• "Əgər "vəhdəti-vücud”dan birinci mənanın əksinə olan başqa bir məna nəzərdə tutulursa, yəni:
“Vücud və mövcud həqiqətdə birdir və əslində tək bir mövcuddan (tək bir varlıqdan, var olan tək bir şeydən) başqa heç nə yoxdur. Lakin onun (bu tək mövcudun) çoxsaylı təzahürləri (fərqli formaları, fərqli görüntüləri) və müxtəlif etibarları (cəhətləri, baxış bucaqları) mövcuddur.
Belə ki, o, Xaliqdə Xaliq, məxluqda isə məxluqdur. Necə ki, həmin tək varlıq göydə göy, yerdə isə yer olur və bu qəbildən olan digər hallar da belədir. Bu, “tövhidi-xassül-xass” (xasların xasının tövhidi) adlandırılan görüşdür.
• Sədrül-Mütəəllihin (Molla Sədra) bu fikri sufilərin bəzi cahillərinə aid etmiş və onlardan birinin “Cübbəmin içində Allahdan başqa heç kim yoxdur” dediyini nəql etmişdir. Bununla belə, həmin fikrin böyük sufilərə və onların rəhbərlərinə aid edilməsini inkar etmişdir [yəni onlar bu inancda olmayıblar].
• Sədrül-Mütəəllihinin bu inkarı ağıl və məntiqin də dəstəklədiyi mövqedir. Axı ağıllı bir insandan belə bir söz necə sadir ola bilər? O, Xaliqlə məxluqun birliyini necə qəbul edə və onların fərqinin yalnız etibar (cəhət, nisbilik) baxımından olduğunu necə iddia edə bilər?
Hər necə olsa da, belə bir görüşü qəbul etməyin açıq-aşkar küfr və aşkar zındıqlıq olmasında heç bir şübhə yoxdur.
Çünki bu, Vacibül-vücudun (Allahın) və Peyğəmbərin (s) inkarı deməkdir. Belə ki, bu halda Xaliqlə məxluq arasında etibardan (cəhətdən, nisbilikdən) başqa heç bir fərq qalmır. Eləcə də, bu əsasa görə, məsələn, Peyğəmbər (s) ilə Əbu Cəhl həqiqətdə eyni olar, aralarındakı fərq isə yalnız etibar baxımından meydana gələr... [yəni tək olan varlıq bir cəhətdən Peyğəmbər (s) kimi, digər cəhətdən isə Əbu Cəhl kimi təzahür edir]»
📚 Ət-Tənqih, 3/74-75
● İzah: Burada iki məsələyə diqqət etmək lazımdır:
1. Bu fikir nəyi ifadə edir?
Sadə dillə desək, bu fikirə görə, əslində, aləmdə yalnız bir şey var və çoxluq deyilən bir şey mövcud deyil.
Yaxşı, bəs onda bizim gördüyümüz bu qədər çoxluq və müxtəliflik nədir? – deyə soruşanlara isə belə cavab verilir: Xeyr, bizim gördüyümüz çoxluq həqiqi deyil. Bu, eyni bir şeyin fərqli baxış bucaqlarından fərqli görünməsi, müxtəlif formalar alması və müxtəlif şəkillərdə təzahür etməsidir.
Beləliklə, eyni varlıq bir cəhətdən səma, digər cəhətdən isə yer kimi görünür. Bir cəhətdən cənnət, digər cəhətdən cəhənnəm kimi. Bir cəhətdən Peyğəmbər (s), digər cəhətdən isə Əbu Cəhl kimi.
2. Bu fikir niyə küfr sayılır?
Burada iki məsələni bir-birindən ayırmaq lazımdır: batil və səhv olmaq ayrı şeydir, küfr olmaq isə ayrı. Bir fikrin batil və puç olması onu birbaşa küfr etmir. Ola bilər ki, həmin fikir sadəcə absurd və məntiqsiz olsun.
Lakin Seyid Xoyi bu fikrin küfr olduğunu qeyd edir. Bəs nə üçün?
Üsulid-din və üsuli-məzhəb haqqında etdiyimiz paylaşımda qeyd etmişdik ki, bir şəxsin kafir sayılması üçün Allahı və ya Peyğəmbəri (s) inkar etməsi lazımdır. (Seyid Xoyi məadı da bu məsələyə əlavə edir.) Əgər bir şəxs Allahı, Peyğəmbəri (s) və məadı inkar etmirsə, o zaman kafir sayılmaz.
Burada ilk baxışdan Allahın və Peyğəmbərin (s) inkarı görünmür. Lakin diqqətlə baxdıqda küfr cəhəti aydın olur. Bu da ondan ibarətdir ki, həmin fikri müdafiə edən şəxs bütün varlıqları bir hesab etməklə, əslində, Allahla Allahdan başqasını, Peyğəmbərlə Peyğəmbərdən başqasını bir-birindən ayırmır və nəticədə onların inkarına yol açır.
Çünki bu düşüncəyə əsasən, Allah və bəndə deyə iki ayrı həqiqət yoxdur, sadəcə bir varlıq mövcuddur. Allah və Onun Peyğəmbəri deyə iki ayrı həqiqət yoxdur, sadəcə bir varlıq mövcuddur. Peyğəmbər və ona iman gətirən müsəlman deyə iki ayrı həqiqət yoxdur, sadəcə bir varlıq mövcuddur.
Buna görə də, Seyid bu fikri qəbul edən şəxsin küfrünə hökm edir.
• Qeyd: Seyid Xoyinin vəhdətul-vücud barədə qeyd etdiyi ümumi dörd ehtimaldan ikisi qaldı. Qalan iki ehtimaldan birini batil sayır (küfr demədən), digərini isə "mənası aydın olmayan" bir fikir hesab edir. Ola bilsin ki, bu barədə bir paylaşım da edək.
https://t.me/keshkull
ещё
25
0
2 21 ноя, 17:05
● #Vəhdətul_vücud fikri küfrdür?
• «Vəhdətul-vücud» – hərfi tərcümədə «varlığın birliyi, bir olması» deməkdir. Bəzi təsəvvüf və irfan əhlindən zaman-zaman nəql edilən və onlara istinad edilən fikirlərdə bu məsələyə rast gəlirik. Möminlər arasında da bu məsələ ilə bağlı bəzən müzakirə və mübahisələr yaranır. Hətta bəzi alimlər bu məsələyə görə təkfir edilir və s.
Bəs görəsən, vəhdətul-vücudun mənası/mənaları nədir? Bunu deyən şəxslər mütləq şəkildə kafirdirlərmi? Böyük alimlərimiz bu barədə nə deyirlər?
• Seyid Xoyi (bəhslərinin təqrirində) bu məsələyə toxunur. Mətləb uzun olduğundan kanalda hissə-hissə paylaşacağıq, inşallah.
Seyid belə deyir:
• Vəhdətul-vücud fikrində olan şəxsin hökmü:
Vəhdətul-vücud fikrini qəbul edən şəxs bununla nəzərdə tutursa ki:
«Vücud (varlıq – onun mənası və həqiqəti) vahid bir həqiqətdir. Bu həqiqətin özündə heç bir çoxluq və fərqlilik yoxdur. Vücud həm Vacibə (Allaha), həm də Mümkünə (yaradılmışa) aid edilir. Deməli, həm Vacib, həm də Mümkün həqiqətən mövcuddur və hər ikisində vücudun həqiqəti (mənası) eynidir.¹
Onlar arasındakı fərq isə yalnız vücudun mərtəbəsi baxımındandır. Belə ki, Vacibin vücudu qüvvə və kamilliyin ən yüksək mərtəbəsində, Mümkünün vücudu isə zəiflik və naqisliyin ən aşağı mərtəbəsindədir. Həm Vacib, həm də Mümkün həqiqətən mövcuddur və onlardan biri (Vacib) digərinin (Mümkünün) Xaliqi və yaradanıdır».
• Bu fikir əslində həm vücudun, həm də mövcudun çoxluğunu, yəni onların vahid olmadığını qəbul etmək deməkdir.
Vücud həqiqətinin (mənasının, anlayışının) vahid olması görüşünə gəldikdə isə, bu görüş heç bir vəchlə küfrə və nəcasətə səbəb olmur. Əksinə, bu, filosofların əksəriyyətinin fikridir. Hətta müsəlmanlar və əhli-kitab da bu görüşü qəbul edirlər. Ayələrin və duaların zahiri mənaları da bu görüşə uyğundur.
Belə ki, insan dualarında belə deyir: «Sən Xaliqsən, mən isə məxluqam; Sən Rəbbimsən, mən isə mərbubam (Sənin tərəfindən idarə olunan bəndəyəm)» (2).
Bunun kimi, iki ayrı mövcudun varlığına dəlalət edən digər ifadələr də vardır. Belə ifadələrdən aydın olur ki, onlardan biri digərinin yaradanı və Xaliqidir. Terminologiyada bu, «ümumi (ümum camaata aid) tövhid» adlandırılır.
• Əgər vəhdətul-vücuddan birinciyə (yuxarıda qeyd edilən görüşə) zidd olan mənanı nəzərdə tutursa və belə deyirsə ki...".
DAVAMI GƏLƏCƏK, İNŞALLAH.
📚 Ət-Tənqih, 3/74-75
● Biraz izah:
Vəhdətul-vücud dedikdə nəzərdə tutula biləcək birinci məna, hərfi tərcüməyə yaxın olaraq, varlığın, yəni var olmağın vahid bir həqiqət olmasıdır. Başqa sözlə, «varlıq» dedikdə nəzərdə tutulan məna eynidir, fərqli deyil. Vücud omonim (eyni sözlə ifadə olunan, lakin fərqli mənalar daşıyan) bir söz deyil.
Bu baxımdan, «Allah vardır», «Biz varıq» və ya «Aləm, dünya mövcuddur» dedikdə, bu cümlələrdəki «vardır», «varıq» və «mövcuddur» ifadələri ilə nəzərdə tutulan məna eynidir. Yəni hamımız eyni mənada mövcuduq. Necə ki, «Allah bilir» və «Biz bilirik» dedikdə də bilməyin mənası eynidir.
Əlbəttə, burada bir fərq də mövcuddur. Allahın varlığı ən kamil və ən qüvvətli varlıqdır, bizim varlığımız isə zəifdir. Çünki biz yaradılmışıq, möhtacıq və «mümkünəl-vücud»uq. Eynilə, Allahın elmi ilə bizim elmimiz arasında da fərq vardır: Allah hər şeyi bilir, Onun elmi Özündəndir və hər şeyi əhatə edir. Bizim elmimiz isə naqis və məhduddur.
Deməli, vəhdətul-vücud dedikdə bu məna nəzərdə tutula bilər. Bu mənada heç bir problem yoxdur. Hətta bu görüş dini baxımdan da tamamilə uyğundur.
Lakin bəziləri bu görüşü «ümumi tövhid» (ammi tövhid), yəni geniş mərifətə və Allahı tanımaqda dərin idraka malik olmayan, həqiqətdən az payı olan insanların tövhidi hesab edirlər. Onların fikrincə, tövhidin bundan daha dərin mənaları da vardır...
Bu barədə inşallah, növbəti paylaşımlarda görəcəyik...
https://t.me/keshkull
ещё
48
0
1 20 ноя, 17:00
● Seyid Sistaninin Şeyx Vəhid Xorasaninin vəfatı ilə bağlı bəyanatından
"Qum elmi hövzəsinin böyük ustadı, rəbbani alim və böyük mərcə Ayətullah hacı Şeyx Hüseyn Vəhid Xorasaninin (Allah ona rəhmət eləsin) vəfatı xəbərini böyük kədər və təəssüflə qarşıladım.
Mərhum böyük şəxsiyyətin imamətin və İsmət və Təharət Əhli-beytinin (ə) vilayətinin müdafiəsindəki uca məqamı hər kəsə bəllidir. Onun təlim, tərbiyə, moizə və irşad minbərində göstərdiyi misilsiz səylər daim zehinlərdə canlı qalacaqdır.
Allah-taala elmə və onun əhlinə göstərdiyi xidmətlərə görə ona ən üstün mükafatı versin, cənnətdəki dərəcəsini ucaltsın və onu Öz övliyaları – Həzrət Məhəmməd (s) və onun pak Əhli-beyti ilə birlikdə həşr etsin..."
Mənbə: https://www.sistani.org/arabic/statement/26972/
https://t.me/keshkull
ещё
23
0
17 ноя, 10:42
Продолжить анализ этого канала
- История роста подписчиков
- Просмотры и охваты публикаций
- Кто упоминает канал и кого упоминает он
- Похожие каналы и подбор для рекламы
Открыть аналитику
Демо до 14 дней