Не попадитесь на накрученные каналы! Узнайте, не накручивает ли канал просмотры или
подписчиков
Проверить канал на накрутку
Телеграм канал «Kəşkül (dini)»
Kəşkül (dini)
2.8K
234
1.1K
151
7.3K
Şəri məsələlərin səsli izahı. Quran. Etiqad. Əxlaq. Moizə. Şiə fiqhinin sübutu. Tarix. Qeyd: Kanal dini hövzədə təhsil alan tələbələr tərəfindən idarə olunur
«قال رسول الله صلى الله عليه وآله وسلم: إنّ ابنتي فاطمة ملأ الله قلبها وجوارحها إيمانًا ويقينًا إلى مُشاشها، ففرغت لطاعة الله»
“Allah mənim qızım Fatimənin qəlbini və bütün bədənini sümük iliyinə qədər iman və yəqinlə doldurmuşdur. Buna görə də o, özünü Allaha itaətə həsr etmişdir”.
📚 Mənbə: Əl-Məvsuətul-kubra ən Fatimətiz-Zəhra (s.ə), c. 21, səh. 110.
Müsəlman qızların hicab qadağası qanununa etirazı - Ayətullah Mirbaqiri
Bu gün Qərbin İslam dünyası ilə bağlı mühüm məsələlərindən biri qadın məsələsidir. Onlar Qərbi Asiyaya, Yaxın Şərqə gəldikləri vaxtdan etibarən, «Böyük Yaxın Şərq» planlarının xəritəsinə baxın: bu planın əsas istiqamətlərindən biri qadın məsələsidir. İslam dünyasının qadınları ilə bağlı hansı planları həyata keçirmək istəyirlər? Bu planları bütün İslam dünyasında tətbiq etməyə çalışırlar.
Onlar müsəlman qadının çadra geyinməsini, başına yaylıq bağlamasını istəmirlər. Müsəlman qadının iffətli və ləyaqətli həyat sürməsini istəmirlər.
Amma burada bir məqamı qeyd edim: onların cəhdləri boşa çıxıb! Onlara qarşı ciddi müqavimət göstərilib. Mömin qadın dünyanın Epşteynləri qarşısında baş əyməz, bu cür pozğun şəxsiyyətlərin qarşısında təslim olmaz. O, yalançı şüarların təsiri altına düşməz və onların hiyləsinə aldanmaz.
«إن كانت لك يد عند إنسان فلا تفسدها بكثرة المنّ والذكر لها، ولكن أتبعها بأفضل منها، فإنّ ذلك أجمل بك في أخلاقك وأوجب للثواب في آخرتك»
“Əgər bir insana yaxşılığın toxunubsa, bunu tez-tez başına qaxmaqla və xatırlatmaqla həmin yaxşılığı puça çıxarma. Əksinə, onun ardınca daha yaxşı bir iş gör. Çünki bu, əxlaq baxımından sənin üçün daha gözəl, axirətdə savab qazanmağın üçün isə daha münasibdir.”
📚Mənbə: İbn Şöbə əl-Hərrani, «Tühəful-uqul», səh. 305.