‼️Ermənistan MTX: Azərbaycan vətəndaşının geri qaytarılması məqsədilə müvafiq tədbirlər görülür
▪️ Tovuz sakini yolu azaraq Ermənistan ərazisinə keçib
▪️Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, 1968-ci il təvəllüdlü, Tovuz rayonunun Çatax kənd sakini Yaşar Qasımov oktyabrın 19-da Tavuş vilayətində aşkarlanıb.
▪️Araşdırma zamanı onun yolu azaraq Ermənistan ərazisinə keçdiyi bildirilib. Hazırda vətəndaşın Azərbaycana qaytarılması üçün tədbirlər görülür.