Аналитика Telegram-канала
Подписчики
313
Охват за 24 ч
43
ER за 24 ч
13,74%
Публикаций
118

Динамика подписчиков

7 дней 30 дней 6 месяцев Больше
14 ноя17 ноя20 ноя
Показаны последние 7 дней Больше истории →

Охваты публикаций

25.1029.1012.1118.11
23
Средний охват
59
Лучший результат
Показаны 4 публикации — последние в канале Больше статистики →

Упоминания

18
Упоминаний
18
Из них репостов
7
Каналов
Все упоминания

Последние посты

3 из 118 2 из 118
​🕋 Mömin və müsəlmanın fərqi ​☪ İmam Sadiq (ə) buyurub: “İslam insanların olduğu zahiri (dindir): Allahdan başqa ilahın olmamasına və Məhəmmədin Allahın qulu və rəsulu olmasına şəhadət vermək, namaz qılmaq, zəkat vermək, həccə getmək və Ramazan ayının orucunu tutmaq. Bu, İslamdır”. ​✅ İmam (ə) buyurdu: “İman isə bütün bunları qəbul etməklə yanaşı, bu işə (imamətə) mərifətin olmasıdır. Əgər kimsə bütün bunları qəbul edib, lakin bu işə (imamətə) mərifəti olmasa, müsəlman və zəlalət əhli olacaq”. Şeyx Kuleyni, Əl-Kafi, c. 2, səh. 25. 📝 Bu və digər hədisləri oxumaq üçün saytımızın hədis axtarışı bölməsindən istifadə edə bilərsiniz #iman #islam #mömin #müsəlman #imamət #hədisaxtarışı253 🌐 Hadis.az
ещё
15 0 1 18 ноя, 15:10
📜 Xanım Zəhranın (ə) "Fədək" xütbəsində Allahın vəsfi (2) 📖 Şeyx Təbərsi özünün “əl-İhticac” kitabında İmam Həsənin (ə) nəvəsi Abdullah ibn Həsəndən, o da öz atalarından Xanımın (ə) məşhur Fədək xütbəsində belə buyurduğunu nəql edir: ◾️ "...Gözlər onu (Allahı) görməkdə, dillər onu vəsf etməkdə, düşüncələr isə onun necəliyini dərk etməkdə acizdir. O bütün mövcudatı onlardan əvvəl heç bir şey olmadan yaradıb. Bütün yaranmışları bənzədəcəyi bir nümunə olmadan xəlq edib. Öz iradə və qüdrəti ilə heç bir şeyə ehtiyacı olmadan və özü üçün fayda və mənfəət nəzərdə tutmadan varlıqları yaradıb, onları təsvir və tənzimləyən Allahın məqsədi öz hikmətini göstərmək, ona itaət etməyin zəruriliyini bildirmək, öz qüdrətini zahir etmək və bəndələri ona ibadət etməyə çağırmaqdan başqa bir şey deyildir. Daha sonra O Ona itaət etməyə görə savab və Ona qarşı çıxmağa görə isə əzab qərar verdi. Bunu bəndələrini cəhənnəmdən uzaqlaşdırmaq və cənnətinə yaxınlaşdırmaq üçün etdi..." 📚 Əl-İhticac, c. 1, səh. 123. 📝 Bu və digər hədisləri oxumaq üçün saytımızın hədis axtarışı bölməsindən istifadə edə bilərsiniz. #XanımZəhra #Fədəkxütbəsi #əqidə #Allah 🌐 Hadis.az
ещё
4 0 12 ноя, 12:40
📜 Xanım Zəhranın (ə) "Fədək" xütbəsində Allahın vəsfi (1) 📖 Şeyx Təbərsi özünün “əl-İhticac” kitabında İmam Həsənin (ə) nəvəsi Abdullah ibn Həsəndən, o da öz atalarından belə nəql edir: “Əbu Bəkr və Ömər Xanım Fatimənin (ə) Fədək bağını qəsb etdikdə Həzrət Fatimə (ə) bundan xəbər tutdu. O, başını örtərək öz çadrasına büründü, xidmətçiləri və Bəni-Haşim qadınlarının bir neçəsi ilə birgə məscidə tərəf gəldi. Həzrət Zəhra (ə) ətəyi yerə sürtüləcək dərəcədə uzun paltar geyinmişdi. Yerişi atası Peyğəmbərin (s) yerişini xatırladırdı. Məscidə daxil olduqda Əbu Bəkr mühacir və ənsardan bir dəstə ilə oturmuşdu. ◾️ Pərdə çəkdilər. Xanım Zəhra pərdənin arxasına keçib əyləşdi. Həzrət Zəhra (ə) bu vaxt yanıqlı bir ah çəkdi. Məsciddəkilər onun bu ah çəkməsindən təsirlənib ağladılar. Məclisdəki vəziyyət dəyişdi. Fatimə (ə) bir az sükut edib camaatın ağlamaq səsinin sakitləşməsini gözlədi. Sonra öz sözünə Allahı həmd və tərif etməklə, Peyğəmbərə (s) salavat göndərməklə başladı. Bu vaxt camaat yenidən ağladı. Onlar ağlayıb qurtarandan sonra Xanım yenidən danışmağa başladı. ◾️ O buyurdu: “Allaha verdiyi nemətlərə görə həmd olsun, əta etdiklərinə görə ona şükür olsun. Təqdim etdiyi nemətlərə görə bütün təriflər ona məxsusdur. O, nemətləri heç bir səbəb olmadan ilk olaraq əta etmişdir, onun nemətləri hər yeri əhatə edibdir. Belə ki, onları saymaq, sonunu bilmək və onun miqdarını dərk etmək mümkün deyil. Allah nemətlərin artması üçün yaratdıqlarını şükür etməyə çağırıb və onlar üçün bunun müqabilində nemətləri artırıb. Onları şükür etməyə çağırmaqla verəcəyi nemətləri iki qat edib. Şəhadət verirəm ki, Allahdan başqa ilah yoxdur. O, təkdir. Heç bir şəriki yoxdur. Bu elə bir kəlmədir ki, ixlaslı olmağı onun əsası qərar verib və onu qəlblərdə yerləşdirib. Tövhidin dərkini təfəkkürlə açıq-aşkar edib..." 📚 Əl-İhticac, c. 1, səh. 123. 📝 Bu və digər hədisləri oxumaq üçün saytımızın hədis axtarışı bölməsindən istifadə edə bilərsiniz. #XanımZəhra #Fədəkxütbəsi #əqidə #Allah 🌐 Hadis.az
ещё
13 0 29 окт, 13:39
Больше постов

Продолжить анализ этого канала

  • История роста подписчиков
  • Просмотры и охваты публикаций
  • Кто упоминает канал и кого упоминает он
  • Похожие каналы и подбор для рекламы
Открыть аналитику
Демо до 14 дней