Аналитика Telegram-канала
Подписчики
31
Охват за 24 ч
61
Публикаций
21
Динамика подписчиков
7 дней
30 дней
6 месяцев
Больше
13 ноя16 ноя19 ноя
Показаны последние 7 дней
Больше истории →
Охваты публикаций
01.1102.1104.1106.1111.1112.11
2
Средний охват
6
Лучший результат
Показаны 6 публикаций — последние в канале
Больше статистики →
Упоминания
5
Упоминаний
4
Из них репостов
3
Каналов
0
Упоминаний за 90 дней
0
Из них репостов
0
Каналов за 90 дней
Последние посты
3 из 21 2 из 21⚪️ “VƏHHƏBİLİK” NƏDİR?
➡️Sual:
«“Vəhhəbilik” nədir?»
➡️Cavab:
«“Vəhhəbilik” — Şeyx Muhəmməd ibn Əbdul-Vəhhəbin ◽️ müxaliflərinin onun dəvətinə aid etdikləri bir termindir.Onun dəvəti tövhidi (Allahın təkliyini) şirkin (Allaha şərik qoşmağın) bütün təzahürlərindən təmizləməyə və Muhəmməd ibn Əbdullahın 🔘 yolundan başqa bütün yolları rədd etməyə əsaslanır.
Onların bu termini işlətməkdə məqsədi insanları onun dəvətindən və dəvət etdiyi şeylərdən uzaqlaşdırmaqdır.Lakin bu,həmin dəvətə heç bir zərər verməmişdir.Əksinə,onun yer üzünün hər tərəfinə daha geniş yayılmasına səbəb olmuşdur.Həmçinin Allahın bu dəvətin həqiqi mahiyyətini,əsl məqsədlərini və Qurandan,səhih Sünnədən əsaslandığı dəlilləri daha dərindən araşdırmaqda müvəffəqiyyət verdiyi insanların ona olan rəğbətini daha da artırmışdır.
Nəticədə onlar bu dəvətə daha möhkəm sarılmış,ondan daha sıx yapışmış və özləri də insanları ona dəvət etməyə başlamışlar.Həmd yalnız Allaha məxsusdur!
Müvəffəqiyyət yalnız Allahdandır.Allahın Peyğəmbərimiz Muhəmmədə,onun ailəsinə və səhabələrinə salavat və salamı olsun.»
▫️▫️ Elmi araşdırmalar və fətva vermə üzrə Daimi Komitə.
• Sədr: Əbdul-Əziz ibn Əbdullah ibn Bəz (h. 1420-ci ildə vəfat edib)
• Komitə sədrinin müavini: Əbdur-Razzəq Əfifi (h. 1415-ci ildə vəfat edib)
• Komitənin üzvü: Əbdullah ibn Ğudəyyən (h. 1431-ci ildə vəfat edib)
• Komitənin üzvü: Əbdullah ibn Quud (h. 1426-cı ildə vəfat edib)
[كتاب فتاوى اللجنة الدائمة - المجموعة الأولى ، الفتوى رقم (٩٤٥٠)]
⚪️ FƏTVALAR
ещё
3
1
12 ноя, 23:02
⚪️UYDURMA HEKAYƏLƏR YAZMAQ
➡️Sual:
«İnsanın əsasında yalan olan uydurma hekayələr yazması,lakin onları uşaqların oxuması və ibrət götürməsi üçün nəzərdə tutulmuş hekayələr kimi təqdim etməsi icazəlidirmi?»
➡️Cavab:
«Müsəlmana bu cür yalan üzərində qurulmuş hekayələr yazmaq qadağandır.Qurani-Kərimdəki qissələrdə,Peyğəmbərdən 🔘 nəql olunan rəvayətlərdə və həqiqi hadisələrdən bəhs edən digər hekayələrdə ibrət və gözəl öyüd-nəsihət almaq üçün kifayət qədər nümunələr vardır.
Müvəffəqiyyət yalnız Allahdandır.Allah Peyğəmbərimiz Muhəmmədə,onun ailəsinə və səhabələrinə salavat və salam etsin.»
▫️▫️ Elmi araşdırmalar və fətva vermə üzrə Daimi Komitə.
• Sədr: Əbdul-Əziz ibn Əbdullah ibn Bəz (h. 1420-ci ildə vəfat edib)
• Komitə sədrinin müavini: Əbdur-Razzəq Əfifi (h. 1415-ci ildə vəfat edib)
• Komitənin üzvü: Əbdullah ibn Ğudəyyən (h. 1431-ci ildə vəfat edib)
• Komitənin üzvü: Əbdullah ibn Quud (h. 1426-cı ildə vəfat edib)
⚪️ FƏTVALAR
ещё
1
0
11 ноя, 17:07
⚪️ŞƏRİƏT VƏ TƏRİQƏT ARASINDAKI FƏRQ
➡️Sual:
«Şəriət ilə təriqət arasındakı fərq nədən ibarətdir?»
➡️Cavab:
«Şəriət — Allahın Öz kitablarında nazil etdiyi və insanlara göndərdiyi elçiləri vasitəsilə bəyan etdiyi hökmlərdir.Allah bu hökmləri insanlara,Allah rizasını qazanmaq və Ona ibadət etmək məqsədilə,elçilərinin onlara əmr etdiyi şəkildə yerinə yetirmələri üçün nazil etmişdir.Allahın bütün elçilərinə salam və salavatı olsun!
Qəbul edilən təriqət isə bu Şəriətə,yəni Allahın sonuncu elçisi Muhəmmədə 🔘 nazil etdiyi Allah yoluna tabe olan “yol”dur.Uca Allahın bu sözlərinə əsasən:
⚪️🌺Şübhəsiz ki,bu,Mənim doğru yolumdur.Ona tabe olun! Başqa yollara uymayın! Əks təqdirdə,o yollar sizi Allahın yolundan uzaqlaşdırar.🌺 [6:153]
Bu,həmçinin Peyğəmbərin 🔘 aşağıdakı sözlərinə də uyğundur:
⚪️“Mənim ümmətim yetmiş üç firqəyə bölünəcək”.Onlardan biri istisna olmaqla,hamısı Oddadır.Ondan soruşdular: “Ey Allahın Rəsulu! O bir firqə hansıdır?”
O buyurdu: “Mənim və səhabələrimin tutduğu yolla gedənlərdir.”
Beləliklə,bu cür “yol” Şəriət anlayışına daxildir.
⚪️Bu Şəriətə zidd olan yollara gəlincə,məsələn,sufi təriqətləri,ticaniyyə,nəqşibəndiyyə,qadiriyyə və digər bu kimi təriqətlər — bunlar bidət (dində sonradan ortaya çıxarılmış) yollardır.Onları qəbul etmək və ya Uca Allahın razılığını qazanmaq məqsədilə onlara tabe olmaq icazəli deyildir.
Müvəffəqiyyət yalnız Allahdandır.Allah Peyğəmbərimiz Muhəmmədə,onun ailəsinə və səhabələrinə salavat və salamı olsun!»
▫️▫️ Elmi araşdırmalar və fətva vermə üzrə Daimi Komitə.
• Sədr: Əbdul-Əziz ibn Əbdullah ibn Bəz (h. 1420-ci ildə vəfat edib)
• Komitə sədrinin müavini: Əbdur-Razzəq Əfifi (h. 1415-ci ildə vəfat edib)
• Komitənin üzvü: Əbdullah ibn Ğudəyyən (h. 1431-ci ildə vəfat edib)
• Komitənin üzvü: Əbdullah ibn Quud (h. 1426-cı ildə vəfat edib)
⚪️ FƏTVALAR
ещё
1
0
6 ноя, 11:19
Продолжить анализ этого канала
- История роста подписчиков
- Просмотры и охваты публикаций
- Кто упоминает канал и кого упоминает он
- Похожие каналы и подбор для рекламы
Открыть аналитику
Демо до 14 дней