Аналитика Telegram-канала
Подписчики
682
Охват за 24 ч
8
ER за 24 ч
1,17%
Публикаций
3 234
Динамика подписчиков
7 дней
30 дней
6 месяцев
Больше
14 ноя17 ноя20 ноя
Показаны последние 7 дней
Больше истории →
Охваты публикаций
11:5011:5713:5614:1314:1515:37
2
Средний охват
4
Лучший результат
Показаны 6 публикаций за 20 ноября
Больше статистики →
Упоминания
1 352
Упоминаний
1 216
Из них репостов
58
Каналов
380
Упоминаний за 90 дней
377
Из них репостов
26
Каналов за 90 дней
Последние посты
3 из 3 234 2 из 3 234
Qərib cinlər diyarında
https://t.me/meclisiuns
ещё
1
0
20 ноя, 15:37
🌐 Qonşu nümunəsi
Türkiyə–Azərbaycan hərbi tandemindən bəhs edirik.
Bu yaxınlarda Ermənistanın baş naziri ölkəsinin NATO-ya qoşulmaq niyyətində olmadığını bildirib. Lakin Cənubi Qafqazın demək olar ki, hər bir ölkəsi Şimali Atlantika Alyansı ilə inteqrasiyanın əyani nümunəsidir.
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib ki, müdafiə, kadr hazırlığı, sursat və hərbi texnikanın sənaye istehsalı sahələrində azərbaycanlılarla əməkdaşlıq davam etdiriləcək.
Heç kimə sirr deyil ki, Azərbaycan hərbçiləri NATO-nun tamhüquqlu üzvü olan Türkiyə Silahlı Qüvvələri ilə sıx inteqrasiya ediblər. Bundan əlavə, iki ölkənin artıq birgə pilotsuz uçuş aparatları istehsalı da mövcuddur.
Bununla belə, daha uzaq perspektivlər haqqında da düşünmək olar. Ermənistan–Azərbaycan münasibətlərinin tənzimlənməsi gec-tez başa çatacağına görə, gələcəkdə türklərin Ermənistan Silahlı Qüvvələrinin NATO sisteminə inteqrasiyasını da öz himayələrinə götürəcəklərini istisna etmək olmaz. Beləliklə, Türkiyə bütün Cənubi Qafqazda öz təsirini genişləndirə bilər.
Üstəlik, türklərin gürcülərlə təhlükəsizlik sahəsində əməkdaşlıq təcrübəsi də var. Ermənistan hakimiyyətinin həyata keçirdiyi siyasətə baxdıqda isə onların belə bir təşəbbüsdən imtina edəcəkləri də inandırıcı görünmür.
Mənbə: Rybar
#NATO
#Türkiyə
#Ermənistan
#Azərbaycan
Abunə olun 🟢 Ar-Rad GA
ещё
4
0
20 ноя, 14:15
⚡️Bakı Dövlət Universitetinin dosenti Nərman Süleymanov (Qocatürk) noyabrın 18-də yaşadığı evdə ölü tapılıb
59 yaşlı müəllimin meyiti Yasamal rayonundakı mənzilində aşkarlanıb. Hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır. Ölümün səbəbi hələlik açıqlanmayıb.
Nərman Süleymanovun ölümü onun barəsində keçmiş tələbələrin cinsi qısnama iddialarının yayıldığı vaxta təsadüf edib.
Noyabrın 16-da “Arqument Az” BDU-nun keçmiş tələbələrinin şikayətlərini yayımlayıb. Müraciətdə müəllimin qadın tələbələrlə etibarlı münasibət quraraq onları intim münasibətlərə cəlb etməyə çalışdığı iddia olunub. Şikayət müəllifi oxşar hallarla üzləşən azı altı nəfərin olduğunu bildirib.
Keçmiş tələbələr həmçinin müəllimin tələbələri şəxsi mənzilinə dəvət etdiyini, intim xarakterli yazışmalar apardığını və bəzi tələbələrə imtahanlarda əsassız yüksək qiymətlər verdiyini iddia ediblər.
Sayt tələbələrin təqdim etdiyi elektron məktub görüntülərini də yayıb və yazışmalarda istifadə olunan elektron poçt ünvanının BDU-nun rəsmi saytında Nərman Süleymanova aid ünvanla uyğun gəldiyini bildirib.
Səsləndirilən ittihamlar müstəqil şəkildə təsdiqlənməyib. BDU rəhbərliyi və Nərman Süleymanov material yayımlananadək göndərilən sorğulara cavab verməyib.
Müəllimin ölümündən bir gün sonra, noyabrın 19-da Prezident İlham Əliyev BDU-nun rektoru Elçin Babayevi vəzifəsindən azad edib. Digər sərəncamla Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadə universitetin yeni rektoru təyin olunub.
Nərman Süleymanovun həyat yoldaşı Şərəf Cəlili ərinin “bir rektorun qurbanı” olduğunu iddia edib, lakin bu fikri əsaslandıran məlumat açıqlamayıb.
Bəzi tələbələr də rektor dəyişikliyini müəllimin ölümü ilə əlaqələndirirlər.
Lakin hazırda Nərman Süleymanovun ölümü, keçmiş tələbələrin cinsi qısnama iddiaları və BDU-da rektor dəyişikliyi arasında hər hansı səbəb-nəticə əlaqəsi rəsmi olaraq təsdiqlənməyib.
Qeyd: Dünəndən bu günə qədər DİM-in sabiq sədri Məleykə Abbaszadə ilə bağlı tirajlanan materiallar, əslində, bu mövzunu ört-basdır etmək məqsədi daşıyırdı. Diktator İlham Əliyevin tələbələrin hicab qadağası məsələsi gündəmdə olduğu halda ayağa qalxacaqlarını düşünərək belə bir tədbir seçməsi ehtimal olunan variantlardan biridir.
Mənbə: Meydan Tv
#Azərbaycan
Abunə olun 🟢 Ar-Rad GA
ещё
3
0
20 ноя, 14:13
Продолжить анализ этого канала
- История роста подписчиков
- Просмотры и охваты публикаций
- Кто упоминает канал и кого упоминает он
- Похожие каналы и подбор для рекламы
Открыть аналитику
Демо до 14 дней