Аналитика Telegram-канала
Подписчики
5 499
Охват за 24 ч
25
ER за 24 ч
0,45%
Публикаций
7 897
Динамика подписчиков
7 дней
30 дней
6 месяцев
Больше
1 ноя4 ноя7 ноя
Показаны последние 7 дней
Больше истории →
Охваты публикаций
17.1017.1018.1030.1003.1103.11
11
Средний охват
14
Лучший результат
Показаны 6 публикаций — последние в канале
Больше статистики →
Упоминания
562
Упоминаний
221
Из них репостов
140
Каналов
32
Упоминаний за 90 дней
1
Из них репостов
4
Каналов за 90 дней
Последние посты
3 из 7 897 2 из 7 897📌Əli Quşçu – böyük türk alimi
Əmir Teymur imperiyasından Osmanlı dövlətinə uzanan zəngin bir ömür
Ələəddin Əli ibn Məhəmməd Səmərqəndi, daha çox Molla Əli Quşçu adı ilə tanınan (1403–1474), türk əsilli fizik, riyaziyyatçı, astronom, dilçi və kəlam alimi idi. O, həmçinin sünni məzhəbinin görkəmli fəqih və alimlərindən biri olmuşdur.
Atası Məhəmməd Səmərqəndi Şahzadə Uluqbəyin (Şahruxun oğlu və Əmir Teymurun nəvəsi) sarayında quşçu vəzifəsində çalışdığı üçün Əli də "Molla Əli Quşçu" adı ilə tanınmışdır.
Əli Quşçu Səmərqənddə dövrünün əsas elmlərini öyrənmiş, astronomiya və riyaziyyat sahəsindəki biliklərini isə Qazızadə Rumi və riyaziyyat elminin görkəmli bilicisi olan Uluqbəydən almışdır.
Osmanlı sultanı II Mehmed Fatehin dəvəti ilə İstanbula gələn Əli Quşçu Ayasofya mədrəsəsində dərs demiş, elmi fəaliyyətini davam etdirərək "Risaləyi Məhəmmədiyyə" kimi əsərlər qələmə almışdır. Hesab elminə həsr olunan bu əsər Sultan II Mehmedin adına yazılmışdır. Əli Quşçu 16 dekabr 1474-cü ildə İstanbulda vəfat etmişdir.
Teymurilər dövrünün İntibahını təmsil edən böyük türk alimi Əli Quşçu Ayın xəritəsini ilk çəkən alim kimi tanınır. O, fizika, ballistika (atılan cisimlərin hərəkətini öyrənən elm) və astronomiya sahələrində də tədqiqatlar aparmışdır.
Əli Quşçunun əsərləri:
📍Astronomiya
• Şərhi-Zici-Uluqbəy
• Risalə fi həlli-əşkali-müadələti-qəmər lil-məsir
• Risalə fi əsli-xaric yümkin fi-süfliyyeyn
• Şərh əla ət-Tuhfəti-şahiyyə fi-l-həyət
• Risalə dər elmi-həyət
• Əl-Fəthiyyə fi elmi-l-həyət
• Risalə fi həlli-əşkali-qəmər
📍Riyaziyyat
• Risalət əl-Məhəmmədiyyə fi-l-hisab
• Risalə dər elmi-l-hisab (Süleymaniyyə)
📍Kəlam və fiqh
• Şərhi-cədid ət-Təcrid
•Haşiyə əla ət-Təlvih
• Unqud əz-Zəvahir fi nəzmi-l-Cəvahir
📍Mexanika
•Təzkirə fi aləti-r-ruhaniyyə
📍Dilçilik və bəlağət
• Şərhi-Risalət əl-Vəziyyə
•Əl-İfsah
• Əl-Unqud əz-Zəvahir fi nəzmi-l-Cəvahir
• Şərh əş-Şafiyə
• Risalə fi bəyanı vəz'i-l-müfrədət
• Fa'idə li-təhqiqi Lami ət-Tərif
• Risalə ma ənə qultu
• Risalə fi-l-həmd
• Risalə fi elmi-l-məani
• Risalə fi bəhs əl-müfrəd
• Risalə fi-l-fənni-s-sani min elmi-l-bəyan
• Təfsiri-Bəqərə və Ali-İmran
• Risalə fi-l-istişarə
• Məhbub əl-Həmail fi kəşf əl-məsail
• Təcrid əl-Kəlam
📌Yurdumuz
🇦🇿Bizi izləyin: t.me/MutluTurkum
ещё
11
0
1 3 ноя, 13:56
ещё
12
0
1 3 ноя, 13:55
Paniranistərə görə əgər Əhəməni dili və onların kitabələrinin ingilislər tərəfindən son üç yüz ildə uydurulduğunu qəbul etməsək və ya bu dilin oxşarlıqlarını qədim hindlilərin sanskrit dilindən ayrılması ilə izah etsək, onda farslardan daha çox Əhəməniləri Hindistan qucaratlılarının əcdadları hesab etməliyik.
Çünki söz və qrammatik oxşarlıqlar Hindistanın Qucarat bölgəsində müasir fars dilinə nisbətən daha çoxdur. Təbii ki, tədqiqatçılar Hindistanın Qucarat torpağında araşdırma aparmalı və bu hind ləhcəsinin daha çox hansı kənddən köçürüldüyünü müəyyən etməlidirlər. Bununla belə, qucarat və əhəməni dili arasındaki oxşarlığa bir neçə örnək verək.
Məsələn:
• વિનાશ થઈ ગયા — Vināśa tha'ī gayā ("Vinaş tayi qaya") qucarat dilində "məhv etmək" deməkdir.
• Əhəməni dilində "Vinaş yati y" eyni mənanı verir, "Vinaş t h ya" isə "zərər" deməkdir.
Əhəməni sözlərinin kökünü araşdırmaq göstərir ki, bu dil hind-qucarat ləhcəsi olub və sözləri bu gün də orada işlədilir. Məsələn:
• ફરમાના — (فرمان)fərman — farmānā, əmr
• પિતા —(پدر) prdər — pitā, ata
• માતા — (مادر)madər — mātā ,ana
• સ્થાન — (مح )məhəl — sthān ,yer
• દૂર (دور)dur — dūr, uzaq
• पूर्व — (سابق)sabiq — pūrv, əvvəlki
• નવમી —(نهام) nohom — navamī, doqquzuncu
• દરિયો —(دریا) dərya — dariyo, dəniz
• દેશો — (کشورها)keşvərha — deśo, ölkələr
• નામ —( اسم)esm — nām, ad
Daha bir misal, əhəməni rəqəmlərinin hamısı hind mənşəlidir. (Aşağıda göstərdiyimiz mənbədə ( Kitabın 9-cu səhifəsində)) qeyd olunur ki, kitabələrdə cəmi üç rəqəm mövcuddur.)
Bəzən sözlər arasında cüzi fərqlər olur. Məsələn, Əhəməni dilində "torpaq" mənasını verən bumim sözü qucarat dilində ભૂમિ — bhūmi, yəni "bhumı" şəklindədir.
Yaxud qucarat dilində મૃત્યુ — mṛtyu "ölüm" deməkdir. Əhəməni dilində isə bu söz "həlak olmaq" mənasında işlənir, marta sözü də "ölmüş" kimi tərcümə olunur.
Başqa bir nümunə: Əhəməni dilində visa "hamı" deməkdir, qucarat dilində isə ડીસા — dīsā "bir neçə" mənasını verir.
Əhəməni dilində baga "tanrı" deməkdir. Qucarat dilində ભગવાન — bhagavān da "tanrı" mənasındadır.
Bəzi sözləri də hind mənşəli köklər əsasında araşdırmaq lazımdır. Məsələn, Əhəməni dilində "ay" mənasını verən māhiyā sözü fars dilindəkindən daha çox hind dilindəki māhinā sözünə bənzəyir. Elə indiki fars dilində də ay " mah" (ماه) dəməkdir.
Bir çox tərcümələr də yenidən nəzərdən keçirilməlidir. Məsələn, Əhəməni dilində "pis il və quraqlıq" kimi tərcümə olunan dušiyārā sözü əslində qucarat dilindəki તુ શિયાળા — tu śiyāḷā, yəni "qışda" ifadəsi kimi anlaşılmalıdır.
Hind dilindəki खोदना — khodnā ("qazmaq") sözü ilə Əhəməni dilində qazıntı mənasında işlənən katan sözü də ortaqdır. Elə indi də fars dilində kəndən (کندن) qazmaq deməkdir.
Qucarat dilindəki હું હતી — huṁ hatī ("mən idim") ifadəsi ilə Əhəməni dilindəki āham sözü hər ikisi "olmaq" mənasını verir.
Məsələn, qucarat dilində નાક — nāk "burun" deməkdir, Əhəməni dilində isə bu söz nāham şəklindədir.
Qucarat dilində ત્રીજો — trījo “üçüncü" deməkdir. Əhəməni dilində isə bu söz tritāmča şəklindədir.
Qucarat dilində tamē “sən” deməkdir və Əhəməni dilindəki tūvam sözü ilə müqayisə edilir. ( Fars dilində to تو sən deməkdir) Həmçinin qucarat dilində jīvan "həyat" sözü ilə Əhəməni dilində eyni mənada işlənən jīva sözü arasında oxşarlıq vardır.
📝Qaynaq: Əhəməni sözlərinin mənbəyi: Ralf Norman Şarpın lüğəti. Pazinə nəşriyyatı, 1388-ci il (2009–2010)
Mətnin müəllifi: Dr. Rəhim Ağ Bayraq ( Əsgəri)
🇦🇿Bizi izləyin: t.me/MutluTurkum
ещё
12
0
1 30 окт, 13:15
Продолжить анализ этого канала
- История роста подписчиков
- Просмотры и охваты публикаций
- Кто упоминает канал и кого упоминает он
- Похожие каналы и подбор для рекламы
Открыть аналитику
Демо до 14 дней