Не попадитесь на накрученные каналы! Узнайте, не накручивает ли канал просмотры или
подписчиков
Проверить канал на накрутку
Телеграм канал «AzVision»
AzVision
28.7K
1.4K
1.2K
1.1K
5.8K
Azvision.az ölkədə və dünyada baş verən hadisələri izləyir, təhlil edir, sizlərə çatdırır. Saytımız və kanalımız daha çox ciddi mövzulara, analitik materiallara üstünlük verir.
Bu ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah, 13 278 boşanma qeydə alınıb. İlk dəfə olaraq ölkədə boşanmaların sayı nikahların yarısını keçib. Bu o deməkdir ki, hər iki evlilikdən biri boşanma ilə nəticələnir.
Daha maraqlısı odur ki, belə nisbətin səbəbi boşanmaların artması deyil. Əksinə, ötən illə müqayisədə boşanmaların sayında cüzi də olsa, hər halda, azalma var. Nisbətin mənfi tərəfə dəyişməsinin səbəbi qurulan ailələrin sayının azalmasıdır.
Ötən ilin eyni dövründə əhalinin hər min nəfərinə 2 #boşanma düşdüyü halda, bu il həmin rəqəm 1,9 olub. Digər tərəfdən, ötən ilin eyni dövründə əhalinin hər min nəfərinə 4,6 nikah düşdüyü halda, bu il həmin rəqəm 3,9-a enib. #Ailə quranların sayı azalır.
Səbəblər haqqında çox danışmaq olar, amma nəzərə almaq lazımdır ki, bir universal səbəb yoxdur. Əvvəla, qlobal trend belədir. İkincisi, insan azadlıqlarının artması, qadınların emansipasiyası və şəxsi həyatın toxunulmazlığı prinsipinin dominantlığı ailə institutunu zəiflədir. İnsanlar əvvəllər yalnız ailə daxilində əldə edə biləcəkləri hər bir şeyi indi heç bir ictimai qınaq olmadan nikahdan kənarda da edə bilirlərsə, ailənin ağır iqtisadi-hüquqi şərləri onlara lazımsız yük kimi görünür.
Qarşıda ailə institutunu çətin dövr gözləyir. Onu xilas etmək üçün nələrsə düşünmək, real, işlək proqramlar qəbul etmək lazımdır.
🇺🇸 Müğənni Nikki Minaj Ağ Evin yeni mətbuat katibi ola bilər. Ağ Evin kommunikasiyalar üzrə direktoru Stiven Çu müğənni ilə söhbətinin videosunu yayaraq, bu haqda məlumat verib.
❗️Malayziya hökuməti dövlət qulluqçularına İsrail mənşəli olan “Waze” naviqasiya xidmətindən istifadəni qadağan edib.
“Reuters”in məlumatına görə, hökumət tərəfindən ayrı-ayrı dövlət idarələrinin rəhbərlərinə göndərilən məktublarda “Waze”dən istifadənin informasiya təhlükəsizliyi baxımından problemlər yaratdığı bildirilib. “Dövlət qulluqçularının şəxsi məlumatları İsrail rejiminin əlinə keçə bilər”,- deyə məktubda vurğulanır.
Qeyd edək ki, 2008ş-ci ildə İsraildə Ehud Şabtay, Uri Levin və Amir Şeynar tərəfindən yaradılan “Waze” tətbiqi hazırda ABŞ-nin “Alphabet” şirkətinə məxsusdur.
🇺🇸 ABŞ-nin keçmiş dövlət katibi Hillari Klinton Trampı “Putinin kuklası” adlandırıb. O, Putində Trampa qarşı hansısa güclü kompromatın olduğunu, buna görə də #ABŞ prezidentin #Ukrayna məsələsində güzəştə getdiyini düşünür. Klintonun fikrincə, #Tramp və #Putin dünyanı öz aralarında bölüşdürüblər. Şimali və Cənubi #Amerika ABŞ-yə çatacaq, Avropa Rusiyaya, dünyanın qalan hissələri isə Çinə.
Bütün Avropada baş qaldıran kütləvi etirazlar dalğasının səbəblərindən biri də qlobal gərginliklərin ayrı-ayrı ölkələrdəki insanların həyatına mənfi təsirinin artıq ağrılı həddə çatması ilə bağlıdır. Bir tərəfdən ABŞ-İran, o biri tərəfdən Rusiya-Ukrayna müharibələrinin fəsadları sadə avropalıların başında çatlayır.
Fransada narazılıq yaşayış minimumunun artması, təhsildəki problemlər və dövlət xidmətlərinin keyfiyyəti ilə bağlıdır.
İtaliyada insanlar bahalığa etiraz edirlər. Hökumətin sərt qənaət siyasəti sosial narazılığı gücləndirir. Bu da ənənəvi partiyaların mövqelərinin zəiflədiyi 2010-cu illərin əvvəlindəki böhranları yada salır.
Albaniyada tələbələr təhsil haqlarının yüksək, iş tapmağın çətin olmasından narazıdırlar.
İspaniyada mənzil və kirayə qiymətlərinin yüksək olmasına etirazlar geniş sosial protest miqyasına keçdi.
Səbəblər müxtəlif olsa da, onların arxasında ümumi bir problem dayanır: vətəndaşlar hakimiyyətin onların gündəlik həyatını qlobal sarsıntılardan qoruya biləcəyinə inamlarını itirirlər.
Fransada hazırkı hadisələr 2018-2019-cu illərin "sarı jiletlilər" etirazlarını xatırladır. O vaxt yanacaq vergilərinin artırılması etirazlara səbəb olmuş, lakin narazılıq tez bir zamanda başqa mövzuları da əhatə etmişdi. Bu gün isə hökumət büdcə məhdudiyyətləri ilə vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması tələbləri arasında balans tapa bilmir.
Ayrı-ayrı ölkələrdəki etirazların müxtəlif səbəbləri olsa da, bir ortaq xətt mövcuddur: İqtisadi çətinlik həllini tapmayanda hökumətin konkret qərarlarından yaranan narazılıq tədricən bütövlükdə siyasi sistemə qarşı çevrilir. Hökumətlər “vəziyyətin yaxşılığa doğru dəyişməsi üçün hansı işlər görülür” sualına aydın cavab verməyəndə xalq küçənin dili ilə danışmağa başlayır.
Putinin Valdaydakı iqamətgahının ətrafında Ukraynanın dron zərbələrindən qorunmaq üçün 50-dən çox HHM sistemi yerləşdirilib. Sistemlər əsasən “Pantsir” və “Tor” zenit-raket komplekslərindən ibarətdir.
Braziliyada keçirilən prezident seçkilərində 80 yaşlı Lula da Silva qələbə çalıb. Onun əsas rəqibi 27 illik həbs cəzasına məhkum edilmiş keçmiş prezident Zair Bolsanarunun oğlu Flavio Bolsanaru idi.
Bolsonaru xarici siyasətdə ABŞ-nin hegemonluğuna qarşı çıxış edir və BRİCS-in güclənməsinin tərəfdarıdır.
Onu ilk təbrik edənlərin arasında İranın prezidenti Mahmud Pezeşkian da var.